Təbriz Gülüstanı cover art

Paroles

[Verse 1]
Qolların dolanar boynuma bir gün
Yenə baş qoyaram dizinə Təbriz
Həsrətdən
Hicrandan cana doyunca
Doyunca baxaram gözünə Təbriz

[Chorus]
Bulanıb suların
Axsın durulsun
Təzə günlərinə vüsal qurulsun
O gül camalına bir də vurulsun
Bir qubar dolmasın üzünə Təbriz

[Verse 2]
Gülüstan bağının seyrinə gəldim
Lalə yamacında bir də dincəlim
Ötən günlərinə yetişməz əlim
Düşüm heç olmasa izinə Təbriz

[Chorus]
Bulanıb suların
Axsın durulsun
Təzə günlərinə vüsal qurulsun
O gül camalına bir də vurulsun
Bir qubar dolmasın üzünə Təbriz